[b]Limiti pozanlar: “Neftçi” üçüncüdü[/b]
24.04.2017 - 11:48
[b]Limiti pozanlar: “Neftçi” üçüncüdü[/b]

“Neftçi” Azərbaycan Premyer Liqasında legioner limitini pozan 3-cü komanda olub. Apasport.az saytının məlumatına görə, XXVII turun “Zirə” ilə görüşündə (2:2) xətaya yol verən Elxan Abdullayevə qədər çempionatımızda 2 dəfə belə hal yaşanmışdı.

 

Azərbaycan futbolunun elitasında ilk limit pozuntusu 2012/13 mövsümündə qeydə alınıb. Həmin vaxt “Simurq”la qarşılaşan “Rəvan” baş məşqçisi Kemal Alispahiçin diqqətsizliyi üzündən əvəzetmə zamanı limitə əməl etməyib. Qarşılaşmada onsuz da məğlub olan paytaxt klubu texniki nəticəyə səbəb olub.

 

İkinci belə hadisə cəmi 3 il öncə yaşanıb. Bu dəfə hadisələrin “qəhrəmanı” “Rəvan” və Alispahiç kimi autsayderlər deyil, ölkənin adlı-sanlı klublarından biri “Qarabağ” olub. Ağdam təmsilçisi 2014/15 mövsümünə “Sumqayıt” üzərində 3:0 hesablı qələbə ilə başlasa da, Qurban Qurbanovun səhvi texniki məğlubiyyət hesabına başa gəlib.

 

İndi də “Neftçi” “Rəvan” və “Qarabağ”ın yolu ilə getdi. Legioner sayını itirməkdə Qurbanov və Alispahiçə çatan Abdullayev Ruslan Abışovun əvəzlənməsi zamanı səhv edib. O, meydandakı 5 yerli oyunçusundan birini legionerlə - Uqo Barqasla əvəzləyib.

 

 

0