[b]“Pul qazanmağın vaxtı çatmışdı” – Vernidub[/b]
24.04.2017 - 12:05
[b]“Pul qazanmağın vaxtı çatmışdı” – Vernidub[/b]

“Azərbaycandan təklif gələndə oğlumun artıq 27-28 yaşı var idi. Pul qazanmağın vaxtı çatmışdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin ukraynalı müdafiəçisi Vitali Vernidubun atası Yuri Vernidub deyib.

 

Ölkəsinin 061.ua saytına geniş müsahibə verən “Zarya”nın baş məşqçisi söhbət əsnasında oğlu barədə də danışıb.

 

O, “Vitali “Qəbələ”dən təklif alanda buna necə yanaşdınız” sualına belə cavab verib: “Səmimi deyəcəm. “Zarya”da maddi vəziyyət o qədər də yaxşı olmadığından, Vitalinin belə addım atması başadüşülən idi. Klubumuz ölkə xaricinə çıxmaq, daha yaxşı komandada oynamaq və pul qazanıb, özünə şərait qurmaq şansı olan futbolçulara həmişə yol açır. Çünki futbol həyatının necə olduğunu başa düşürük. Futbolçu karyerası o qədər də uzun çəkmir”.  

 

Qeyd edək ki, Vitali Vernidub “Qəbələ”yə 2015-ci ildə “Zarya”dan keçib.

 

0