Azərbaycanlı peşəkar boksçu Sankt-Peterburqda “əqrəb” ləqəbli keniyalı ilə döyüşəcək
09.04.2008 - 16:17
Azərbaycanlı peşəkar boksçu Sankt-Peterburqda “əqrəb” ləqəbli keniyalı ilə döyüşəcək
Bakı. Kənan Həsənov – APA-Sport. Aprelin 12-də Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks gecəsi təşkil ediləcək. “APA-Sport” agentliyinin məlumatına görə, gecə çərçivəsində 6 döyüşün keçirilməsi planlaşdırılıb. “Qiqant-Xoll” kazinosunun rinqinə Azərbaycan boksçusu Elçin Nağıyev də çıxacaq. İndiyədək keçirdiyi yeddi döyüşün 6-da qələbə qazanan, bir dəfə heç-heçə edən həmyerlimiz keniyalı Kevin Onyanqla qarşılaşacaq. “Əqrəb” ləqəbli afrikalı peşəkar rinqdə keçirdiyi 9 döyüşün 5-də qalib gəlib, 3 dəfə məğlub olub, bir dəfə isə heç-heçə edib.
Qeyd edək ki, E.Nağıyev bu döyüşdən əvvəl digər keniyalı boksçu Corc Ovanoya qalib gəlib.
0