[b]“Real”dan 100 milyonluq təklif[/b]
26.04.2017 - 18:39
[b]“Real”dan 100 milyonluq təklif[/b]

Madrid “Real”ı “Monako”nun hücumçusu Kilian Mbappedən əl çəkmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” gənc oyunçu üçün növəti dəfə fransızların qapısını döyüb.

 

Son olaraq “Mançester Siti”nin 80 milyon avroluq təklifinə “yox” cavabını verən “Monako” Mbappenin transfer qiymətinin 120 milyon avro olduğunu bəyan etmişdi. “Real” isə bu keçid müqabilində qarşı tərəfə 100 milyonluq təklif göndərib. Hələlik Knyazlıq təmsilçisi ispanlara konkret cavab verməyib. Ancaq “Real”ın baş məşqçisi Zinəddin Zidan həmyerlisinin mütləq alınmasını istəyir.

 

Qeyd edək ki, bu mövsüm Liqa-1-də 13 qola imza atan 18 yaşlı futbolçunun “Monako” ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

 

0