[b]Advokat Hollandiya yığmasında[/b]
27.04.2017 - 12:32
[b]Advokat Hollandiya yığmasında[/b]

Hollandiya yığmasının yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Apasport.az saytı “De Telegraaf” nəşrinə istinadən xəbər verir ki, “Fənərbaxça”nın çalışdırıcısı Dik Advokat mövsümün sonunda “narıncılar”ın “sükanı arxası”na keçəcək.

 

O, bu postda martda uğursuz nəticələrə görə istefaya göndərilən Danni Blindi əvəzləyəcək.

 

Advokatın millidəki köməkçisi isə yaxın keçmişin məşhur futbolçusu Ruud Qullit olacaq.

 

Qeyd edək ki, bu ilin sentyabrında 70 yaşını tamamlayacaq Dik Advokat 1992-1994 və 2002-2004-cü illərdə Hollandiya yığmasını çalışdırıb. 

0