“İnter”ə qarşı bir itki, bir “şübhəli” ilə
28.04.2017 - 19:43
“İnter”ə qarşı bir itki, bir “şübhəli” ilə

Azərbaycan Premyer Liqasının son turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” bu oyuna bir itki ilə hazırlaşır. Apasport.az saytının məlumatına görə, həmin matçda Ceyhun Cavadov meydan sahiblərinə kömək edə bilməyəcək.

 

Belə ki, AZAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.

 

Qeyd edək ki, “təyyarəçilər” ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək.

 

0