[b]Ramil Şeydayev qol vursa da...[/b]
28.04.2017 - 22:16
[b]Ramil Şeydayev qol vursa da...[/b]

Slovakiya Fortuna Liqasında XXIX tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin komandası “Jilina” səfərdə “Trençin” ilə qarşılaşıb.

 

Çempionluğunu erkən təmin etmiş qonaqlar Ramil Şeydayevin qolu ilə hesabı açan tərəf olsa da, sonda məğlubiyyətə üzülüblər.

 

Həmyerlimiz isə matçı əvəzedilmədən keçirib.

0