[b]Yubiley oyununda qələbə axtarışında[/b]
29.04.2017 - 00:01
[b]Yubiley oyununda qələbə axtarışında[/b]

Azərbaycan Premyer Liqasının son turunda “Qəbələ” “Sumqayıt”a qonaq olacaq. Apasport.az saytının məlumatına görə, bu, iki komanda arasında 20-ci qarşılaşma olacaq.

 

Geridə qalan 19 oyunda meydan sahibləri 1 qələbə qazanıb. 5 oyunda tarazlıq pozulmayıbsa, 13 oyunda “Qəbələ” qalib gəlib. Tərəflər arasındakı top fərqində də “qırmızı-qaralar” kəskin üstünlüyə malikdir – 14:37.

 

Son 14 oyunda qələbənin nə olduğunu bilməyən “kimyaçılar”ın təsəllisi son iki matçdakı qollu heç-heçədir.

 

Qeyd edək ki, “Qəbələ” bütün matçlarda qol vurub.

0