[b]Ruslan Abışov: 5 uğursuzdan biri[/b]
30.04.2017 - 20:43
[b]Ruslan Abışov: 5 uğursuzdan biri[/b]

Mövsümün son turunda “Qarabağ”la qarşılaşan “Neftçi” məğlubiyyətlə bərabər həm də avtoqola üzülüb. Apasport.az saytının məlumatına görə, görüşün 61-ci dəqiqəsində öz qapısını nişan alan Ruslan Abışov ağdamlıları ikinci dəfə sevindirib.

 

Bu, müdafiəçinin Azərbaycan çempionatlarındakı 3-cü səhvidir. Buna qədər daha iki dəfə qapıları səhv salan Abışov o zaman da “Neftçi”nin heyətində çıxış edirdi. Ruslanın ilk yanılqısı 2012/13 mövsümündə yaşanmışdı.

 

Milli komandamızın da formasını geyinən futbolçu 3 dəfə avtoqola imza atan 5-ci oyunçu olub. O, Natiq Qasimov, Ayxan Abbasov, Saşa Yunisoğlu və Jayro Rodrigesin antirekorduna şərik çıxıb.

 

Ümumilikdə isə Ruslan 1-dən çox avtoqol müəllifi olan 20 futbolçudan biridir. 5 oyunçu 3 dəfə belə uğursuzluqla üzləşibsə, 15 futbolçu 2 dəfə öz qapıçısını məyus edib.

0