[b]“Qəbələ”nin keçmiş baş məşqçisinin La Liqa uğursuzluğu[/b]
30.04.2017 - 23:00
[b]“Qəbələ”nin keçmiş baş məşqçisinin La Liqa uğursuzluğu[/b]

İspaniya La Liqasından Sequndaya düşən iki komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 35-ci turdan sonra “Qranada” və “Osasuna” müvafiq olaraq 19 və 20-ci pillədə qərarlaşaraq aşağı dəstəyə yuvarlanmaqla barışmalı olublar.

 

Son turda “Qəbələ”nin keçmiş baş məşqçisi Toni Adamsın çalışdırığı “Qranada” “Real Sosyedad”a məğlub olaraq (1:2), “Osasuna” isə “Deportivo” ilə bərabərə qalaraq (2:2) əsas diviziondakı yerlərini itiriblər.

 

Qeyd edək ki, Toni Adams “Qranada”ya bu ayın əvvəlində baş məşqçi təyin olunmuşdu.

0