[b]İslamiada: Yığmamız son hazırlığa başladı - FOTO[/b]
04.05.2017 - 12:35
[b]İslamiada: Yığmamız son hazırlığa başladı - FOTO[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları üçün son hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, Sloveniyada təlim-məşq toplanışını başa vuran komandamız çalışmaları bərpa edib.

 

Faiq Qarayevin yetirmələri 1 günlük fasilədən sonra hazırlığa paytaxtda start verib. Onlar 6 gün Voleybol Mərkəzində məşq etdikdən sonra Atletlər kəndinə köçəcəklər.  

 

Bakı hazırlığında düşərgəyə yeni oyunçu da qoşulub. Belə ki, Türkiyə Sultanlar Liqası bitdiyindən “Beşiktaş”ın şərəfini qoruyan Kseniya Poznyak artıq Faiq Qarayevin sərəncamındadı.

 

 

0