[b]“İslamiadaya tam hazıram” – Marina Durunda[/b]
04.05.2017 - 18:28
[b]“İslamiadaya tam hazıram” – Marina Durunda[/b]

“Bakıda keçirilən bütün yarışların mühüm əhəmiyyət kəsb etdiyini çox yaxşı bilirəm. İslamiadaya bütün dünya ölkələrinin qatılmadığını nəzərə alsaq, yarışda güclülər çox olmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin bədii gimnastı Marina Durunda deyib.

 

19 yaşlı idmançı İslam Həmrəyliyi Oyunlarının mətbuat xidmətinə yarışla bağlı fikirlərini açıqlayıb. Zədədən sonra bərpa dövrünü arxada qoyan gimnast bildirib ki, hər şeyin uğurlu olacağına inanır: “Əməliyyatdan öncə çox güclü idim və əvvəlki formama qayıtmağa çalışıram. Ümid edirəm ki, hər şey çox gözəl olacaq. Mənəvi cəhətdən olmasa da, fiziki cəhətdən tam hazıram. Əlimdəki zədənin artıq ağrımayacağına inanıram”.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq bədii gimnastika yarışları mayın 12-14-də olacaq. 

0