[b]İslamiada: Rəqiblərimizin duelində Səudiyyə Ərəbistanı qələbə qazandı[/b]
09.05.2017 - 13:17
[b]İslamiada: Rəqiblərimizin duelində Səudiyyə Ərəbistanı qələbə qazandı[/b]

İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında mübarizəyə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın açılış matçında Azərbaycan millisinin rəqibləri üz-üzə gəliblər.

 

Kişi həndbolçularımızla A qrupunda gücünü yoxlayacaq Səudiyyə Ərəbistanı və Əlcəzair yığmalarının duelində birincilər asan qələbə qazanıblar. Onlar əlcəzairliləri 26:13 hesabı ilə məğlub ediblər.

 

Hikmət Abdullayevin komandası isə Pakistanla matça saat 18:00-da çıxacaq.

 

Qeyd edək ki, B qrupunun oyununda isə Türkiyə Mərakeşdən üstün olub. Onlar 27:24 hesabı ilə qələbə qazanıblar. 

0