[b]Cavid Çələbiyevin rəqibi: Ona qalib gələcəm[/b]
12.05.2017 - 13:39
[b]Cavid Çələbiyevin rəqibi: Ona qalib gələcəm[/b]

“Türkiyə adından ilk döyüşə mən çıxdım. Rəqibim məndən zəif döyüşsə də, fiziki cəhətdən güclü idi. Allahın köməkliyi ilə ona qalib gəldim”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyə yığmasının boksçusu Hakan Doğan deyib.

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində qayanalı Yoel Volliamson üzərində qələbə qazanan Doğan adını 1/4 finala yazdırıb. Bu mərhələdə onun rəqibi Azərbaycan idmançısı Cavid Çələbiyev olacaq.

 

Azərbaycanda idman yarışlarının yüksək səviyyədə təşkil edildiyini və idmançıların yaxşı qarşılandığını deyən Hakan Doğan dünya çempionumuzu da məğlub etməkdə iddialıdı: “Əlbəttə ki, azərbaycanlılar bizim qardaşımızdı. Hər ikimiz qalib gəlmək istəyirik. Ancaq mən bura çempion olmaq üçün gəlmişəm və inanıram ki, ona qalib gələcəm".

 

Qeyd edək ki, Cavid Çələbiyevlə Hakan Doğan mayın 14-də üz-üzə gələcəklər.

0