[b]İslamiada: Millimizdən asan qələbə - YENİLƏNİB[/b]
13.05.2017 - 20:24
[b]İslamiada: Millimizdən asan qələbə - YENİLƏNİB[/b]

IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət millimiz bu gün növbəti oyununu keçirib.

 

İlk görüşdə rahat qələbə qazanan Faiq Qarayevin yetirmələri bu dəfə Tacikistanla üz-üzə gəliblər. Türkiyə ilə birlikdə turnirin əsas favoritlərindən hesab edilən yığmamıza Tacikistan voleybolçuları da müqavimət göstərə bilməyiblər. Asan qələbə komandamızın qrup liderliyini möhkəmlətməsinə şərait yaradıb.

 

Qeyd edək ki, yığmamız ilk oyununda Qırğızıstanı 3:0 (25:7, 25:3, 25:8) darmadağın edib.

 

İslam Həmrəyliyi Oyunları

Qadınlar

II tur

 

Azərbaycan – Tacikistan - 3:0 (25:9, 25:7, 25:10)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

 

“Bakı Kristan Zal”

 

 

Komanda

O

Q

M

S/F

X/F

X

Azərbaycan

2

2

0

6-0

150-44

6

Türkiyə

1

1

0

3-0

75-21

3

Qırğızıstan

1

0

1

0-3

18-75

0

Tacikistan

2

0

2

0-6

47-150

0

 

0