[b]Premyer Liqanı tərk edəcək sonuncu komanda bəlli oldu[/b]
14.05.2017 - 17:32
[b]Premyer Liqanı tərk edəcək sonuncu komanda bəlli oldu[/b]

İngiltərə Premyer Liqasında aşağı dəstəyə düşəcək sonuncu – üçüncü komanda da bəlli olub. Apasport.az saytının məlumatına görə, 37-ci turda səfərdə “Kristal Pelas”a 0:4 hesabı ilə darmadağın olan “Hall Siti” yüksək liqa ilə vidalaşıb.

 

Bu məğlubiyyətlə 34 xalı olan və özündən əvvəlki “Suonsi”dən (38) 4 xal geri qalan yorkşirlilər Çempionşipə sonuncu biletə sahib çıxıb.

 

Qeyd edək ki, daha əvvəl “Sanderlend” və “Middlsbro”nun da Premyer Liqanı tərk edəcəyi müəyyənləşmişdi.

0