[b]“Belə şeylərə öyrəşmişəm” - Tamerlan Abdullayev[/b]
15.05.2017 - 19:02
[b]“Belə şeylərə öyrəşmişəm” - Tamerlan Abdullayev[/b]

“Döyüş ağır keçdi. Rəqib 1-ci raundun sonunda kəllə zərbəsi ilə qaşımı partlatdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri boksçumuz Tamerlan Abdullayev deyib.

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində mübarizə aparan Abdullayev bu gün ikinci döyüşünə çıxıb. Tulasimaraam Tarumalinqam (Qətər) üzərində qələbə qazanan idmançımız yarımfinala adlayıb.

 

Abdullayev qətərli boksçunun onu zədələməsinin belə, qalibiyyətinə mane olmadığını bildirib: "Belə şeylərə öyrəşmişəm. Çünki döyüşlərdə kəllə zərbələrindən qaşım tez-tez partlayır. Buna baxmayaraq, Allah mənə qələbə nəsib elədi və yarımfinala vəsiqə qazandım. Məqsədim ancaq çempion olmaqdı. Nə qədər çətin olsa da, qızıl medalı qazanmalıyam".

 

Qeyd edək ki, Tamerlan Abdullayev yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək. Görüş mayın 17-də baş tutacaq.

 

Etibar Məmmədov

 

0