[b]Renat Dadaşov Bundesliqada debütə hazırlaşır[/b]
16.05.2017 - 12:15
[b]Renat Dadaşov Bundesliqada debütə hazırlaşır[/b]

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Bundesliqada debüt edə bilər. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

 

Bildirilir ki, Bundesliqanın son turu öncəsi “Ayntraxt” hücumçu sarıdan problem yaşayır. Belə ki, Frankfurt təmsilçisində kapitan Aleks Meyer zədədən əziyyət çəkir. Əsas heyət üzvlərindən olan Haris Seferoviçin klubu tərk etməyə hazırlaşması baş məşqçi Niko Kovaçı yeni forvard axtarışına vadar edib.

 

Xorvatiyalı mütəxəssis gələn mövsüm gənc oyunçuların sayəsində bu mövqedə rəqabət yaratmaq niyyətindədi. Bu üzdən “Ayntraxt”ın U-19 komandasında parlaq çıxışla diqqət çəkən Renat Dadaşov və Nelson Mandela Mbohomu yay toplanışında əsas komandaya cəlb etməyi düşünür. Kovaç hətta son turda “Leypsiq”lə formal xarakter daşıyan matçda onların xidmətindən yararlanmağı da planlaşdırır.

 

Qeyd edək ki, “Ayntraxt” – “Leypsiq” görüşü mayın 20-də keçiriləcək.

0