[b]İslamiada: Yığmamız yarımfinala qrup qalibi kimi yüksəldi - YENİLƏNİB[/b]
17.05.2017 - 14:00
[b]İslamiada: Yığmamız yarımfinala qrup qalibi kimi yüksəldi - YENİLƏNİB[/b]

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən kişi voleybolçuların yarışında IV turun ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə A qrupunun qarşılaşmaları baş tutub.

 

İlk görüşdə autsayderlər Pakistanla Fələstin üz-üzə gəlib. Sonuncular bu dəfə də meydandan xalsız ayrılıb. İlk qələbəsi ilə 3-cü pilləyə yüksələn pakistanlılar isə yarımfinal şansını qoruyub.

 

Qrupun lideri olan Azərbaycan yığması isə ardıcıl 4-cü qələbəsini qazanıb. Millimiz qrupdakı son oyununda Türkmənistana heç bir şans verməyib. Asiyalılar müqavimət göstərməyə çalışsa da, bir set də qazana bilməyib. Fərid Cəlalovun yetirmələri yarımfinala vəsiqəni qrup qalibi kimi əldə edib.

 

İslam Həmrəylik Oyunları

Voleybol, kişilər

IV tur

A qrupu

Pakistan – Fələstin – 3:0 (25:8, 25:16, 25:15)

Azərbaycan – Türkmənistan – 3:0 (25:21, 25:22, 25:22)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

 “Bakı Kristal Zal”

 

N

Komandalar

O

Q

M

S/F

X/F

X

1

Azərbaycan

4

4

0

12-2

328-278

11

2

Türkiyə

3

2

1

8-5

297-260

6

3

Pakistan

3

1

2

5-6

238-225

4

4

Türkmənistan

3

1

2

3-6

195-191

3

5

Fələstin

3

0

3

0-9

122-225

0

 

0