[b]İslamiada: Yığmamız 44-cü “qızıl”ını qazandı[/b]
17.05.2017 - 18:49
[b]İslamiada: Yığmamız 44-cü “qızıl”ını qazandı[/b]

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında 44-cü qızıl mükafatını əldə edib. Apasport.az saytının məlumatına görə, millimizin aktivinə bu medalı para atletika növündə Elmir Cəbrayılov yazdırıb. 

 

Belə ki, o, 100 metr məsafəni 10.98 saniyəyə qaçaraq, finişə hamıdan tez çatıb. İdmançımız özbəkistanlı Mansur Abdıraşidovu (11.25) qabaqlayıb.

 

Mərakeşli Mahdi Afri məsafəni 11.28 saniyəyə qət edərək, bürünc medala sahib çıxıb.

0