[b]“Narahat olmayın, heç yerə getmirəm” - FOTO[/b]
17.05.2017 - 19:38
[b]“Narahat olmayın, heç yerə getmirəm” - FOTO[/b]

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino komandadan ayrılacağı ilə bağlı iddialara cavab verib. Apasport.az saytının məlumatına görə, “SKY Sports”a açıqlama verən argentinalı mütəxəssis azarkeşləri narahat olmamağa çağırıb.

 

O, klubdan ayrılmaq üçün bir səbəbin olmadığını deyib: “Klubla müqaviləmdə ayrılmaq üçün hansısa məbləğlə bağlı bir maddə yoxdu. Başqa komandaya keçəcəyimlə bağlı söz-söhbətləri mən də eşidirəm, ancaq azarkeşlərə bildirmək istəyirəm ki, burdan getməyim üçün heç bir səbəb yoxdu. Narahat olmayın, heç yerə getmirəm. Yeni mövsümə hazırlıqlar yayda başlayacaq və siz də məni komandamın başında görəcəksiniz”.

 

Qeyd edək ki, 2014-cü ildən London klubunu çalışdıran Poçettino bu mövsüm komandaya tarixinin ən yüksək nailiyyətini – gümüş medallar qazandırıb.

0