[b]“Bütün rəqiblərimdən güclüyəm” – çempion boksçu[/b]
18.05.2017 - 19:25
[b]“Bütün rəqiblərimdən güclüyəm” – çempion boksçu[/b]

“İslamiadaya çoxdan hazırlaşırdıq. Güclü məşqlərin nəticəsini əldə etdim və qızıl medal qazandım”. Apasport.az saytının məlumatına görə, bunu boksçumuz Cavid Çələbiyev deyib.

 

Ölkəmizdə təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan Çələbiyev bu gün finalda iraqlı Ammar Karbalai üzərində qələbə qazanaraq, qızıl medala yiyələnib.

 

Dünya çempionu İslamiadada qazandığı mükafatı “Qəbələ” klubuna həsr etdiyini bildirib: “Çəkdiyim əziyyətlərə görə, əmin idim ki, bütün rəqiblərimdən güclüyəm. Qələbəmə inanırdım. Bundan sonra bütün yarışlara 60 kq çəki dərəcəsində qatılacam. “Qəbələ” klubunu təmsil edirəm və bu qızıl medalı da kluba həsr edirəm. Çünki bu klubun üzərimdə böyük əziyyəti var”.

0