[b]Rauf Rəhimov: Rəqib yalnız 1-ci raundda məndən üstün oldu[/b]
18.05.2017 - 19:39
[b]Rauf Rəhimov: Rəqib yalnız 1-ci raundda məndən üstün oldu[/b]

"Döyüş, demək olar ki, bərabər səviyyədə keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında boks millimizin üzvü Rauf Rəhimov deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gümüş mükafata sahib olub. Rəhimov final döyüşündə türkmənistanlı Arslanbek Açilova 1:4 hesabı ilə uduzub.

 

Həlledici görüşdəki məğlubiyyətinə toxunan Rauf 2 raundda üstünlüyün onun tərəfində olduğunu bildirib: “Hər üç raundda əlimdən gələni etdim. Rəqibim yalnız 1-ci raundda məndən üstün oldu. Ancaq hesab edirəm ki, qalan 2 raundda üstünlük məndə idi. Sadəcə, hakimlərin qərarı ilə qələbəni o qazandı. Bundan sonra Avropa və dünya çempionatında qızıl medal əldə etməyə çalışacağam”.

 

 

 

0