SİZİN REKLAM BURADA

Natalya Məmmədova yenidən Azərbaycan yığmasında!

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Faiq Qarayev dünya çempionatının seçmə mərhələsi üçün 22 oyunçuya sifariş göndərib.

 

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan komandamıza Natalya Məmmədova da qoşulub. 2013-cü ildən milli karyerasını bitirdiyini açıqlayan və həmin vaxtdan əsas yığmamızda oynamayan İsveçrə “Volero”sunun kapitanı artıq Bakıdadı. O, bu gündən komandaya qoşulacaq.

 

Yığmamız isə Bakıda keçiriləcək oyunların hazırlığı üçün Bolqarıstana yollanacaq. Mayın 21-də burda başlayacaq təlim-məşq toplanışı 1 həftə davam edəcək.

 

Azərbaycan millisinin heyəti: Ceyran Əliyeva, Kseniya Poznyak, Anastasiya Qurbanov, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yekaterina Jitkova, Valeriya Məmmədova, Yekaterina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibova, Marqarita Əzizova, Yana Əzizova, Anastasiya Bessonova, Ülkər Kərimov, Yuliya Kərimova, Yana Kulan, Natalya Məmmədova, Kseniya Pavlenko, Yelizaveta Səmədova

 

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində C qrupunda Danimarka, Hollandiya, Norveç, Ukrayna və İsraillə oynayacaq. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10