[b]İslamiada: 8 medalçı mükafatlandırıldı[/b]
20.05.2017 - 13:20
[b]İslamiada: 8 medalçı mükafatlandırıldı[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi “Zəfər günləri” keçirilib. Apasport.az saytının məlumatına görə, dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abıyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, eyni zamanda MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev iştirak ediblər.

 

Rəsmilər qızıl medalçılar – Yelena Çebanu (paraatletika, 200 m), Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq), Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq) və Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma), gümüş mükafatçılar – Jinq Ninq (stolüstü tennis, qadınlar), Maqomed Müslimov (sərbəst güləş, 65 kq), həmçinin “bürünc” əldə etmiş Miao Vanq (stolüstü tennis, qadınlar) və sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin) mükafatlandırıblar.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yığmamız dünən aktivinə 8 medal (4 “qızıl”, 2 “gümüş”, 2 “bürünc”) yazdırıb.

 

0