[b]İslamiada: Qapanış mərasiminin bayraqdarı bəlli oldu[/b]
20.05.2017 - 21:53
[b]İslamiada: Qapanış mərasiminin bayraqdarı bəlli oldu[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qapanış mərasimi ilə bağlı bəzi detallar məlum olub. Apasport.az saytının məlumatına görə, vida mərasimində rəsmi keçiddə ölkəmizin bayrağını kimin daşıyacağı açıqlanıb.

 

Belə ki, millimizin bayraqdarı Elxan Məmmədov olacaq. 100 kq çəki dərəcəsində mübarizə aparmış təcrübəli cüdoçumuz yarışların qızıl medalını qazanıb.

 

Qeyd edək ki, açılış mərasimində bayraqdar karate millimizin lideri Rafael Ağayev olmuşdu.

0