[b]“Zenyovun karyerasını Azərbaycanda davam etdirməsi istisna deyil” [/b]
23.05.2017 - 15:02
[b]“Zenyovun karyerasını Azərbaycanda davam etdirməsi istisna deyil” [/b]

“Qəbələ”nin Sergey Zenyovu növbəti mövsümdə heyətində görmək istəməməyi haqda heç bir məlumatım yoxdu. Mətbuatda yazılanlara gəlincə, yəqin jurnalistlər agentlərdən daha məlumatlıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri son iki mövsümdə “Qəbələ”də çıxış edən Estoniya millisinin futbolçusu Sergey Zenyovun agenti Andrey Stepanov deyib.

 

Futbolçu kimi ölkəsinin yığmasındakı çıxışları ilə tanınan, bir sıra klublarda, o cümlədən Azərbaycanda “Neftçi”nin heyətində forma  geyinən Stepanov Sergeyin “Qəbələ”dən ayrılması xəbərinə münasibət bildirib. O bildirib ki, Zenyovun klubdan ayrılmasından xəbərsizdi: “Əgər Sergey “Qəbələ”dən ayrılsa, təklifləri nəzərdən keçirəcəyik. Müxtəlif ölkələrdən ona maraq var. Yəqin ki, yaxın həftələr ərzində gələcəklə bağlı qərar verərik. Skandinaviya, həmçinin Cənubi və Mərkəzi Avropa klubları ilə danışıqlar da olub. Amma indiki duruma əsasən deyə bilərəm ki, Zenyovun karyerasını Azərbaycanda davam etdirməsi istisna deyil”.

 

Qeyd edək ki, 2015-ci ilin yayında “Qəbələ”yə keçən estoniyalı Premyer Liqada keçirdiyi 47 oyunda 8 qol vurub.

0