Natalya Məmmədovanın komandası İspaniya çempionatının pley-off mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb
14.04.2008 - 11:27
Natalya Məmmədovanın komandası İspaniya çempionatının pley-off mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın qadınlar arasında voleybol Superliqasında pley-off mərhələsinin ikinci oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu səfərdə “Tenerife”yə 3:1 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan voleybolçumuz komandasının uğurunda önəmli rol oynayıb. Ardıcıl ikinci qələbəsini qazanan “İkaro Palma” yer aldığı B qrupunda 4 xalla vahid liderdir. N.Məmmədovanın komandası növbəti oyununu aprelin 16-da səfərdə “Seyns” klubuna qarşı keçirəcək.
0