[b]“Qarabağ”a İtaliyadan 3 rəqib: Çitro hansını seçəcək?[/b]
25.05.2017 - 10:22
[b]“Qarabağ”a İtaliyadan 3 rəqib: Çitro hansını seçəcək?[/b]

“Qarabağ”ın maraq dairəsində olan italiyalı hücumçu Nikola Çitronun başqa təklifləri də var. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

 

 “Trapani”dən ayrılmağa hazırlaşan 27 yaşlı forvard karyerasını B seriyasında da davam etdirə bilər. Çünki “Qarabağ”la yanaşı, İtaliyanın aşağı liqasında çıxış edən 3 klub da onu heyətində görmək niyyətindədi.

 

2016-17 mövsümündə B seriyasında 5 qola imza atmış Çitro “Benevento”, “Avellino” və “Salernitano”dan təklif alıb. Lakin futbolçu hələlik karyerasını harada davam etdirəcəyinə qərar verməyib.

 

Qeyd edək ki, İtaliya KİV-i “Qarabağ”ın Çitroya 3 illik müqavilə və ümumilikdə 900 min avro məvacib təklif etdiyini yazıb. Futbolçunun “Trapani” ilə müqavilə müddəti gələn ayın sonuna qədərdi.

0