[b]“Neftçi”nin futbolçusu “Top-10”da[/b]
25.05.2017 - 12:00
[b]“Neftçi”nin futbolçusu “Top-10”da[/b]

Ölkə xaricində çıxış edən ən məhsuldar çilili futbolçuların siyahısı tərtib edilib. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan Premyer Liqasında forma geyinən futbolçu da var.

 

“Neftçi”nin çilili oyunçusu İqnasio Errera ən yaxşılar arasına düşüb. Dövrələrarası fasilədə keçdiyi paytaxt klubunda 4 qol vuran legioner siyahıda 10-cu pilləni tutub. Bütün qollarını Premyer Liqada vuran İqnasio yarım mövsümə bu siyahıya düşməyi bacarıb.

 

“Top-10”a isə “Arsenal”ın çilili ulduzu Aleksis Sançes başçılıq edir. Onun hesabında 29 qol var. O, Premyer Liqada 24, kubokda 2, avrokuboklarda 3 dəfə fərqlənib.

0