[b]“İnter” hazırlığa başladı[/b]
25.05.2017 - 17:48
[b]“İnter” hazırlığa başladı[/b]

Premyer Liqanın bürünc mükafatçısı “İnter”də istirahət başa çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi yeni mövsümün hazırlıqlarına start verib.

 

Azərbaycanı Avropa Liqasında təmsil edəcək sabiq “bankirlər” bu gündən bir araya gəliblər. Məşqçilər korpusu sabah kollektivə daha iki məşq keçəcək.

 

Qeyd edək ki, “İnter” yay təlim-məşq toplanışı çərçivəsində iyunun əvvəllərində Avstriyaya yollanmağı planlaşdırır.

0