Madrid “Real”ının hələ 16 yaşı tamam olmamış Vinisius Junior üçün 45 milyon avro ödəməsi bir anda dünya futbolunun gündəmi oldu. Belə olan halda yeniyetmə oyunçu ən bahalı braziliyalı futbolçuların sıralamasında da üst sıralarda qərarlaşdı.
Apasport.az saytı ən bahalı 10 braziliyalı futbolçunun siyahısını təqdim edir.
10. Aleşandre Pato: “İnternasional”dan “Milan”a – 22 milyon avro
9. Robinyo: “Santos”dan “Real”a – 25 milyon avro
8. Qabriel Barboza: “Santos”dan “İnter”ə - 25 milyon avro
7. Bernard: “Atletik Mineyro”dan “Şaxtyora” – 25 milyon avro
6. Denilson: “Sao Paolo”dan “Betis”ə - 31.5 milyon avro
5. Oskar: “İnternasional”dan “Çelsi”yə - 32 milyon avro
4. Qabriel Xesus – “Palmeyras”dan “Mançester Siti”yə - 32 milyon avro
3. Lukas Moura: “Sao Paulo”dan PSJ-yə - 40 milyon avro
2. Vinisius Junior: “Flamenqo”dan “Real”a – 45 milyon avro
1. Neymar: “Santos”dan “Barselona”ya – 82 milyon avro