[b]“Napoli”dən qəribə şərt: Ancaq Çin klublarına gedə bilər[/b]
27.05.2017 - 21:02
[b]“Napoli”dən qəribə şərt: Ancaq Çin klublarına gedə bilər[/b]

“Napoli” hücumçusu Dris Mertenslə müqavilə müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, belçikalı bombardirlə yeni anlaşmanın müddəti 2020-ci ilə kimi nəzərdə tutulub.

 

Futbolçunu gələcəkdə heyətinə qatmaq istəyən komanda 30 milyon avro ödəməli olacaq. Ancaq məsələ burasındadı ki, bu şərt yalnız Çin klubları üçün nəzərdə tutulub. Digər hallarda heç bir komanda, xüsusilə də İtaliya təmsilçiləri “Napoli” istəməsə, Mertensi heyətinə qata bilməyəcək.

 

Klub prezidenti Aurelio De Laurentis bu qərarı belə izah edib: “Mertens Çin klubları onun azad olma məbləğini ödəyənə qədər komandada qalacaq. Biz İquaynda elədiyimiz səhvi təkrarlamaq istəmirik. Onun “Yuventus”a keçidindən dərs almışıq. Satış ancaq Çin klublarıüçün keçərli olacaq, əks halda Mertens İtaliyada ancaq “Napoli” üçün oynayacaq”.

 

Qeyd edək ki, argentinalı futbolçu Qonzalo İquayn “Napoli”də çıxış edərkən klub onu buraxmaq istəməsə də, azad olma məbləğini – 90 milyon avronu ödəyən “Yuventus” oyunçunu heyətinə cəlb etmişdi.

0