[b]Çempionluq əldən getsə də, kubokda rekord[/b]
28.05.2017 - 01:26
[b]Çempionluq əldən getsə də, kubokda rekord[/b]

Fransa kubokunun qalibi məlum olub. Apasport.az saytının məlumatına görə, Liqa 1-ə çempionluğu “Monako”ya verən PSJ ikinci dərəcəli turniri qazanmaqla mövsümü titulla başa vurub.

 

Kubokun final matçında parislilərin rəqibi “Anje” olub. İlk hissəsi qolsuz bərabərliklə başa çatan qarşılaşmanın sonuna əlavə edilmiş 2-ci dəqiqədə Sissokonun öz qapısına vurduğu qol PSJ-yə kuboku gətirib.

 

Qeyd edək ki, bu, parislilərin ümumilikdə 11-ci kuboku olub. Komanda 10 dəfə bu mükafatı qazanmış “Marsel”i geridə qoyaraq bu sahədə rekord imza atıb. 

0