[b]Kubokların qənimi – “Barselona”[/b]
28.05.2017 - 01:39
İspaniya Kral Kubokunda qalib bəlli olub. Apasport.az saytının məlumatına görə, finalda “Alaves”lə qarşılaşan “Barselona” yenidən ikinci dərəcəli mükafata sahib çıxıb.
“Visente Kalderon”da oynanılan matçda kataloniyalılar 3:1 hesablı qələbəyə seviniblər. Messi, Neymar və Pako komandaya kuboku gətirən qollara imza atıblar.
Qeyd edək ki, ardıcıl 3-cü dəfə kuboku qazanan “Barselona” ümumilikdə 29 dəfə qalib olub və bu sahədə liderliyi ələ keçirib.
0
0