[b]Messi Ronaldoya çatdı[/b]
29.05.2017 - 12:08
[b]Messi Ronaldoya çatdı[/b]

“Qızıl buts” mükafatının sahibi bəlli olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Avropa ölkələrinin çempionatlarının ən sərrast futbolçusuna verilən mükafat Lionel Messiyə qismət olub.

 

“Barselona”nın argentinalı superulduzu karyerası ərzində 4-cü dəfə “Qızıl buts”a yiyələnib. Bununla da, o, Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldoya çatıb.

 

Messi La Liqanın başa çatan mövsümündə 37 qola imza atıb və çempionatın əmsalına əsasən, 74 xal toplayıb.

 

İkinci pillədə Portuqaliyanın “Sportinq” klubunun forvardı Bas Dost (34 qol, 68 xal), üçüncü yerdə isə Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq (31 qol, 62 xal) qərarlaşıb.

0