[b]Şimali İrlandiya yığması Bakıya bu futbolçularla gələcək[/b]
30.05.2017 - 09:38
[b]Şimali İrlandiya yığması Bakıya bu futbolçularla gələcək[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının Bakıya gətirəcəyi heyət bəlli olub. Apasport.az saytı xəbər verir ki, baş məşqçi Maykl Onilin açıqladığı siyahıda 25 futbolçu yer alıb.

 

İyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək Britaniya təmsilçisi millimizlə ayın 10-da üz-üzə gələcək.

 

Qapıçılar: Maykl Makqovern (“Norviç”, İngiltərə), Alan Mannus (“Sent-Conston”, Şotlandiya), Roy Kerroll (“Linfild”)

Müdafiəçilər: Qaret Makauli, Conni Evans, Kris Brant (hamısı “Vest Bromviç”, İngiltərə), Aaron Hyuz (“Harts”, Şotlandiya), Kreyq Katkart (“Uotford”, İngiltərə), Konor Maklaulin (“Flitvud”, İngiltərə), Li Hodson (“Reyncers”, Şotlandiya), Rayan Maklaulin (“Oldhem”, İngiltərə), Adam Tompson (“Sauthend Yunayted”, İngiltərə), Daniel Lafferti (“Şeffild Yunayted”, İngiltərə), Tom Flanaqan (“Barton Albion”, İngiltərə)

Yarımmüdafiəçilər: Stiven Deyvis (“Sauthempton”, İngiltərə), Nayall Makqinn (“Aberdin”, Şotlandiya), Oliver Norvud (“Brayton”, İngiltərə), Şeyn Ferquson (“Millvell”, İngiltərə), Stüart Dallas (“Lids Yunayted”, İngiltərə), Mettyu Land (“Rokdeyl”, İngiltərə), Pol Paton (“Sent-Conston”, Şotlandiya)

Hücumçular: Kayl Lafferti (“Norviç”, İngiltərə), Coş Maqennis (“Çarlton”, İngiltərə), Lyam Boys (“Ross Kaunti”, Şotlandiya), Şey Makkartan (“Akkrinqton”, İngiltərə)

0