[b]“Zirə” qanalı futbolçunu saxladı[/b]
30.05.2017 - 15:29
[b]“Zirə” qanalı futbolçunu saxladı[/b]

“Zirə” daha bir futbolçusu ilə bağlı qərarını verib. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, hücumçu Riçard Qadze gələn mövsümü də paytaxt təmsilçisində keçirəcək.

 

Ötən mövsüm komandaya cəlb edilən qanalı forvardla danışıqlar müsbət nəticələnib və o, yeni 1+1 illik müqaviləyə qol çəkib. Yəni 23 yaşlı oyunçu gələn mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşması daha 1 il müddətinə uzadılacaq.

 

Qeyd edək ki, yay fasiləsində Nicat Qurbanov, Vüqar Mustafayev və Rəşad Sadiqovu transfer edən “Zirə” Migel Lorenzo, Tural Cəlilov. Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov və Amadu Ben Sanqarla yollarını ayırıb.

0