[b]“Azərbaycan liderlər sırasındadı” – Ukrayna millisinin baş məşqçisi[/b]
08.06.2017 - 15:16
[b]“Azərbaycan liderlər sırasındadı” – Ukrayna millisinin baş məşqçisi[/b]

“Hər şey plan üzrə gedir. Hazırlaşırıq, yığmada 20 nəfər məşq edir ki, bu, 2 ayrı heyət deməkdi. Sabah sınaq döyüşlərindən sonra Avropa çempionatına qatılacaq heyəti açıqlayacağıq”. Apasport.az saytının məlumatına görə, bunu kişi boksçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Dmitri Sosnovski deyib.

 

Təcrübəli mütəxəssis iyunun 14-26-da Xarkovda keçiriləcək Avropa çempionatına hazırlıqdan danışıb. O bildirib ki, təlim-məşq toplanışında olan boksçuların hər biri yarışa tam hazırdı: “Komanda formasının pik həddindədi. Son turnirlərdə pis təsir bağışlamamışıq. Bununla belə Avropa çempionatında qarşıya qoyulan hədəf barəsində danışmaq çətindi. Olimpiya Oyunlarından sonra bütün komandalar yenilənib. Onlar kimi bizim də heyətimiz təcrübəli və gənc boksçulardan ibarət olacaq. Digər millilərlə müqayisədə komandamızın indi hansı səviyyədə olduğunu demək çətindi. Hər şeyi turnir göstərəcək. Təkcə onu deyə bilərəm ki, uşaqlar qələbə üçün əllərindən gələni edəcəklər”.

 

Sosnovski ehtiyatlandığı yığmalar sırasında Azərbaycanın da adını çəkib. O millimizin favoritlər arasında yer aldığını bildirib: “Həmişəki kimi liderlər İngiltərə, Fransa, Rusiya, Azərbaycan, Almaniya və Rumıniyadı. Amma kiçik komandalarda da güclü boksçular ola bilər”.  

 

Mütəxəssis bir neçə komandanın yarışın keçiriləcəyi şəhərdə toplanışda olduğunu da vurğulayıb: “Xarkovda artıq 10 komanda – Ukrayna, Azərbaycan, Finlandiya, Danimarka, Litva, Yunanıstan, İrlandiya, Şotlandiya, Bolqarıstan və İspaniya hazırlıq keçir. Şəhərin təşkilatçılığın öhdəsindən gələcəyinə şübhə etmirəm. Hamı turnirə çox ciddi şəkildə hazırlaşır. Hazırda Xarkovda olan yığmalar hər şeydən razıdılar. Böyük atletika maneji tam olaraq boks üçün ayrılıb. Bundan əlavə, qonaqlara xüsusi boks zalı verilib. Yemək və transport şəraiti də yüksək səviyyədədi, çox yaxşı oteldə məskunlaşmışıq”. 

0