Konfederasiyalar Kuboku: Açılış matçını Rusiya qazandı - YENİLƏNİB

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017 start götürüb. Apasport.az saytının məlumatına görə, 8 komandanın mübarizə apardığı turnirin açılış matçı Rusiya və Yeni Zelandiya yığmaları arasında keçirilib.

 

Ruslar ev sahibləri olduqları halda, Yeni Zelandiya Okeaniya Futbol Konfederasiyasının çempionu (2016) kimi yarışda iştirak etmək hüququ qazanıb.

 

Sankt-Peterburq şəhərində keçirilən və kolumbiyalı referi Vilmar Roldan idarə etdiyi qarşılaşmanı meydan sahibləri qazanıblar. Ruslar iki cavabsız qola seviniblər.

 

A qrupunun digər oyunu isə sabah Portuqaliya və Meksika arasında baş tutacaq. 

 

Qeyd edək ki, Konfederasiyalar Kubokunda Rusiya və Yeni Zelandiya milliləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) da mübarizə aparacaq.

 

 

FİFA Konfederasiyalar Kuboku – 2017

A qrupu

17 iyun

 

Rusiya – Yeni Zelandiya - 2:0

Qollar: Boxall, 31 (öz qapısına), Smolov, 69

 

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Sankt-Peterburq. “Krestovski” stadionu

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10