[b]“Qəbələ” "Vakker" və MOİK-ə məğlub oldu - YENİLƏNİB[/b]
18.06.2017 - 22:16
[b]“Qəbələ” "Vakker" və MOİK-ə məğlub oldu - YENİLƏNİB[/b]

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” toplanış çərçivəsində mini-turnirdə iştirak ediblər.

 

Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşmış təmsilçimiz Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb.

 

Hər iki oyun 45 dəqiqədən ibarət olub.

 

Əvvəlcə "Vakker"lə qarşılaşan Roman Qriqorçukun komandası 0:1 hesablı məğlubiyyətə üzülüb.

 

Təmsilçimizin ikinci görüşü də yenilgi ilə başa çatıb - 0:2.

 

Yarışın qalibi isə "Vakker"i 3:1, "Qəbələ"ni isə 2:0 hesabı ilə məğlub edən MOİK olub.

 

 

Qeyd edək ki, “Qəbələ” artıq iki sınaq matçına çıxıb. Əyalər klubu “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə üz-üzə gəlib.

 

 “Stubay Cup”

18 iyun

 

"Qəbələ" - "Vakker" - 0:1

“Qəbələ”: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Desmond Asare, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Filip Ozobiç, Baqali Dabo

 

"Qəbələ" - MOİK - 0:2

“Qəbələ”: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Araz Abdullayev, Filip Ozobiç, Baqali Dabo

0