[b]İnfatino haqqında ŞOK iddia[/b]
18.06.2017 - 20:55
[b]İnfatino haqqında ŞOK iddia[/b]

Keçən ay FİFA-nın etika komitəsindən gözlənilməz bir şəkildə istefaya göndərilən isveçrəli müstəntiq Kornel Borbeli və almaniyalı hakim Hans Yoahim Ekertin qurumdan uzaqlaşdırılması haqqında maraqlı iddialar ortaya atılıb. Apasport.az saytının məlumatına görə, belə bir iddia ilə nüfuzlu “The Guardian” nəşri çıxış edib.

 

Belə ki, hər iki funksionerin uzun müddətdir FİFA prezidenti Cianno İnfantino haqqında bir araşdırma apardıqlarını yazan “The Guardian” işdən çıxarılmalarının səbəbinin də bu olduğunu qeyd edib.

 

İnfantinonun vəzifədən sui-istifadə etdiyi ilə əllərində faktlar olan hər iki şəxs bunu sona çatdırmadan vəzifələrinə son verilib. Əsas iddia isə ali futbol qurumunun rəhbərinin Afrika Futbol Konfederasiyasında prezident seçkiləri zamanı Ahmed Ahmedi dəstəkləməsi və onun üçün bəzi qanundan kənar fəaliyyətlər göstərməsi ilə bağlıdır.

 

Bundan əlavə, isveçrəli müstəntiq FİFA-ya rəhbər seçildikdən sonra dünya səyahətinə çıxan İnfantinonun bu səyahətinin büdcədən əlavə və gərəksiz xərcə başa gəlməsi ilə bağlı da araşdırma aparırdı.

0