[b]Dmitri Nazarovun yeni baş məşqçisi müəyyənləşdi[/b]
19.06.2017 - 12:46
[b]Dmitri Nazarovun yeni baş məşqçisi müəyyənləşdi[/b]

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu özünə yeni baş məşqçi tapıb. Apasport.az saytı xəbər verir ki, II Bundesliqa təmsilçisi Tomas Letşlə anlaşıb.

 

O, bu postda “Şalke”yə gedən Domeniko Tedeskonu əvəzləyib. 48 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə bağlanılıb. Letş 2020-ci ilin yayına kimi “Aue”ni çalışdıracaq.

 

Yeni baş məşqçi işinin icrasına bu gündən etibarən start verib.

0