[b]“Qarabağ” ilk dəfə[/b]
19.06.2017 - 15:05
[b]“Qarabağ” ilk dəfə[/b]

Avrokuboklar tarixində 7-ci dəfə Azərbaycan və Gürcüstan klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının bu gün keçirilən püşkü “Qarabağ” və “Samtredia”nı II təsnifat mərhələsində üz-üzə qoyub.

 

Bunadək iki ölkə təmsilçilərinin 6 dueli baş tutub. Təmsilçilərimizin üstünlüyü ilə keçən görüşlərdə 4 dəfə komandalarımız mərhələ keçib. Gürcüstanlılar isə yalnız iki dəfə bunu bacarıb.

 

Qonşularımızın qənimləri “Neftçi” və “Qəbələ”di. Bu klublar hərəyə 2 dəfə rəqibini mübarizədən kənarlaşdırıb. Bakılılar “Züstafoni” və “Çixura”nı, “Qəbələ” isə Tiflis “Dinamo”su ilə “Samtredia”nı keçib.

 

“Qarabağ”ın rəqibi olan sonuncular ardıcıl ikinci dəfə təmsilçimizlə görüşəcək. 1 il öncə qəbələlilər rəqibinə Bakıda dərs keçsə də (5:1), səfərdən məğlub dönüb – 1:2.

 

Gürcüstanlılar isə yalnız “Sioni”nin “Bakı”, “Tbilisi”nin “Şəmkir”i dayandırmasına sevinib. Göründüyü kimi “Qarabağ” ilk dəfə qonşularımızla görüşəcək.

 

6 duel çərçivəsindəki 12 oyunun nəticələrinə gəlincə isə bərabərlik hökm sürür. Belə ki, hər iki ölkə təmsilçiləri 5 qələbə qazanıb. 2 dəfə isə bərabərlik olub. Top fərqində isə komandalarımız üstündü. Futbolçularımız 19 qol vurub, 15-ni buraxıb.

 

2003/04

UEFA kuboku

1-ci təsnifat mərhələsi

15 iyul. “Tbilisi” (Gürcüstan) – “Şəmkir” - 1:0

29 iyul. “Şəmkir” - “Tbilisi” (Gürcüstan) - 1:4

Paşa Əliyev

 

2006/07

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

11 iyul. “Sioni” (Gürcüstan) – “Bakı” - 2:0

18 iyul. “Bakı” – “Sioni” (Gürcüstan) - 1:0

Fərid Quliyev

 

2012/13

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

17 iyul. “Neftçi” – “Zestafoni” (Gürcüstan) - 3:0

Cavid İmamverdiyev, Julius Vobay, Nikolas Kanales

24 iyul. “Zestafoni” (Gürcüstan) – “Neftçi” - 2:2

Julius Vobay, Rəşad Sadiqov

 

2014/15

Avropa Liqası

3-cü təsnifat mərhələsi

31 iyul. “Neftçi” – “Çixura” (Gürcüstan) - 0:0

7 avqusr. “Çixura” (Gürcüstan) – “Neftçi” - 2:3

Ernest Nfor (3)

 

2015/16

Avropa Liqası

I təsnifat mərhələsi

2 iyul. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” - 2:1

Cavid Hüseynov

9 iyul. “Qəbələ” - “Dinamo” (Tiflis, Gürcüstan) - 2:0

Asif Məmmədov, Aleksey Antonov

 

2016/17

Avropa Liqası

1-ci təsnifat mərhələsi

30 iyun. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

Vojislav Stankoviç, Sergey Zenyov, Teo Uiks (3)

7 iyul. “Samtredia” (Gürcüstan) – “Qəbələ” – 2:1

Teo Uiks

 

0