[b]“Neftçi”nin hazırlıq planı bəlli oldu[/b]
19.06.2017 - 17:07
[b]“Neftçi”nin hazırlıq planı bəlli oldu[/b]

“Neftçi”nin hazırlıq planı müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə yollanacaq.

 

Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq.

 

Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. 

0