[b]“O, “Qızıl top”u qazana bilər” – “Real”ın prezidenti[/b]
20.06.2017 - 13:38
[b]“O, “Qızıl top”u qazana bilər” – “Real”ın prezidenti[/b]

“Asensio nəinki dünya səviyyəli futbolçu ola, “Qızıl top mükafatını qazana da bilər”. Apapsort.az saytı xəbər verir ki, bu sözlər Madrid “Real”ının prezidenti Florentino Peresə məxsusdu.

 

“Kral klubu”nun rəhbəri İspaniya mətbuatına açıqlamasında komandanın gənc futbolçusu Marko Asensionu tərifləyib.

 

O bildirib ki, istedadlı yarımmüdafiəçidə dünyanın ən yaxşı futbolçusu olmaq potensialı var: “Ən yaxşı futbolçuya xas olan bütün keyfiyyətlər Markoda cəmləşib. O, işinə ciddi yanaşan, üzərində çox çalışandı. Komanda oyununa önəm verir. Biz Markonun əsas heyət üzvü ola biləcəyini düşünərək, müqavilə bağlamışdıq. Baş məşqçi Zinəddin Zidan işinin öhdəsindən yaxşı gəldi, Asensiodan yararlana bildi. Marko hər dəfə meydana çıxanda möhtəşəm oyun sərgilədi”. 

0