[b]“Aue”nin yeni baş məşqçisi Nazarovsuz başladı[/b]
20.06.2017 - 15:56
[b]“Aue”nin yeni baş məşqçisi Nazarovsuz başladı[/b]

II Bundesliqa təmsilçisi “Aue” yeni baş məşqçi Tomas Letşin rəhbərliyi altında hazırlığa başlayıb. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı çalışdırıcının yeni komandasındakı ilk məşqini 200-dən çox azarkeş izləyib.

 

“Aue”nin 2 futbolçusu hazırlıq prosesində iştirak etmir. Söhbət Dmitri Nazarov və Mikael Mariyadan gedir. Nazarov Azərbaycan, Mariya isə Kurasao yığmasının bu ay keçirilmiş toplanışında iştirak etdiyi üçün məşqçilər korpusu tərəfindən onlara bir neçə günlük istirahət verilib. Onlar klubun düşərgəsinə digər futbolçulardan fərqli, gec qoşulacaqlar.

 

Letş özü ilə bərabər, komandaya yeni analitik-məşqçi gətirib. “Aue”də bu missiyanı Volfqanq Luisser yerinə yetirəcək. 

0