[b]Ronaldo həbsdən qaçmaq üçün...[/b]
21.06.2017 - 11:20
[b]Ronaldo həbsdən qaçmaq üçün...[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldo həbs olunmamağa çalışır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, vergidən yayınmaqda ittiham edilən portuqaliyalı borcunu ödəməyə hazırdı.

 

Belə ki, 2011-2014-cü illər aralığında 14,8 milyon avro vergini gizlətdiyi iddiası ilə məhkəməyə çağırılan 32 yaşlı forvard həmin məbləği ödəmək qərarına gəlib. O, bu yolla hakimin qərarının yumşalacağını düşünür.

 

Qeyd edək ki, Kriştianu Ronaldo iyulun 31-də İspaniya məhkəməsində ifadə verəcək.

0