[b]Hakimlərimiz Avropa Liqasına təyinat aldılar[/b]
21.06.2017 - 13:19
[b]Hakimlərimiz Avropa Liqasına təyinat aldılar[/b]

Beynəlxalq dərəcəli hakimlərimiz 2017-18 mövsümünün ilk təyinatını alıblar. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ömər Paşayev və Rəhim Həsənov Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcəklər.

 

Paşayev iyunun 29-da “Kayrat”la “Atlants” arasında Qazaxıstanda keçiriləcək ilk qarşılaşmada ədalət təmsilçisi olacaq. Həsənov isə həmin gün Latviyada “Ventspils” – “Valur” qarşılaşmada fit çalacaq.

 

Avropa Liqası, I təsnifat mərhələsi

29 iyun

 

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

 

“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov 
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov

 

0