[b]Dani qaçır, “Qarabağ” davam edir[/b]
22.06.2017 - 00:03
[b]Dani qaçır, “Qarabağ” davam edir[/b]

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın beşinci gününü axşam məşqiylə tamamlayıb. Apasport.az saytının məlumatına görə, yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən hazırlıq təxminən bir saat yarım davam edib.

 

Hazırlıqda ümumi toplu çalışmalara üstünlük verilib. Milli komandalardan gələn futbolçular da məşq prosesinə qoşulub.

 

Zədəsini sağaldan və yenidən komandaya qoşulan ispaniyalı Dani Kintana isə qaçmaqla kifayətlənib.

 

Qeyd edək ki, Avropa həyəcanına Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayacaq ağdamlılar Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

0